EN

Zelenski rəqiblərini hədələyir – prezident yenidən seçilmək üçün kampaniyaya başlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski artıq siyasi rəqiblərini hədəfə alaraq, onlara təzyiq göstərməyə başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, Zelenskinin əvvəlki açıqlamalarında səlahiyyət müddəti bitdikdən sonra postunu tərk edəcəyini deməsinə baxmayaraq, əslində o, yenidən prezident seçilmək niyyətindədir.

Nəşr anonim mənbələrə - keçmiş nazirlərə və hazırkı məmurlara istinadən yazır ki, Zelenskinin ofisi rəqibləri cinayət işləri ilə şantaj edir.

Bundan əlavə, parlament üzvlərinin sözlərinə görə, Zelenski deputatlara və QHT-lərə sərt hücumlar edərək, onları Qərbin gözündə Ukraynanın "həmişə müsbət imicini" qura bilməməkdə günahlandırıb.

Müşahidəçilər hesab edirlər ki, Zelenskinin bu siyasəti ölkədə daxili gərginliyi daha da artıracaq və növbəti seçkiləri qalmaqallı edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
1
olaylar.az

2Sources