EN

İtaliya ilə ABŞ arasında “makaron böhranı”: Roma Vaşinqtona etiraz etdi

İtaliya ilə ABŞ arasında makaron idxalı ilə bağlı gərginlik yaranıb.

Editor.az xəbər verir ki, Roma ABŞ hakimiyyətinin italyan makaronuna tətbiq etdiyi əlavə antidempinq rüsumlarından ciddi narahatlıq ifadə edib. Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, yeni tariflər ABŞ bazarında italyan makaronunun qiymətini təxminən iki dəfə artıracaq. Nazirlik bildirib ki, Roma bu məsələdə Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.

ABŞ Ticarət Departamenti isə qərarını iki iri italyan istehsalçısının məhsullarını süni şəkildə aşağı qiymətlərlə satması faktı ilə izah edib. Yeni tarif nəticəsində İtaliyadan idxal olunan makaronun qiymətinin 91,74 faiz artacağı gözlənilir.

Ekspertlərin fikrincə, bu qərar ABŞ və Avropa İttifaqı arasında ticarət münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilər.

// Gülnarə Abasova, Editor.az

Chosen
7
editor.az

1Sources