EN

Bakıda İran vətəndaşı tarixi binanı zədələyir

Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən köhnə binada yaşayan sakinlər bildirirlər ki, son günlər binanın zirzəmisində aparılan qazıntı və tikinti işləri onları narahat edir.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, binanın zirzəmisini İran vətəndaşı olduğu iddia edilən bir şəxs alıb və orada iaşə obyekti yaratmaq üçün fəaliyyətə başlayıb. Bu işlər binanın dayanıqlığını riskə atır və fasadına da ziyan vurur.

Sakinlər həmçinin səs-küy və rahatlıqlarının pozulmasından da gileylənirlər. Onların iddiasına görə, həmin şəxs bir müddət əvvəl divarı sökərək orada havalandırma üçün pəncərə açmaq istəyib. Şikayətlərdən sonra divar əvvəlki vəziyyətinə qaytarılıb.

Məsələ ilə bağlı ekspertlər bildirirlər ki, tarixi abidə statusu olan binalarda bu cür müdaxilələr qanunsuz sayılır.

Faktla bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılacağı qeyd olunub.

Asya
Milli.Az

Chosen
26
1
milli.az

2Sources