EN

DSX mayoruna hücum edən idmançılar azadlığa buraxıldı

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov və onun tanışı Anar Süleymanova hücum etməkdə təqsirləndirilən kikboks üzrə idmançılar - Elçin Hüseynov, Musa Əhmədov, Elnur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O, Elnur Həmidovun 9, Elçin Hüseynovun 2 , Musa Əhmədovun isə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən şəxslər son söz deyəndən sonra hakimlər heyəti hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.

Müşavirədən qayıdan hakimlər hökm elan edib.

Hökmə əsasən, Elnur Həmidov 1 il 6 ay sınaq müddəti olmaqla şərti, Elçin Hüseynov 3 il müddətə azadlığın məhdudlaşdırılması, Musa Əhmədova isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Onların hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Chosen
6
4
publika.az

10Sources