EN

Rusiyaya dron hücumu: 8 hava limanı bağlanıb

Rusiyaya

Rusiyanın bir sıra şəhərlərində - Kaluqa, Tambov, Soçi, Krasnodar, Gelendjik, Yaroslavl, Saratov və Nijni Novqorodda hava limanları oktyabrın 6-da gecə saatlarında fəaliyyətini dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Uçuşların gecikmə səbəbləri açıqlanmır, lakin Rusiyanın bir çox regionlarında pilotsuz təyyarə ilə zərbə təhdidinin yayıldığı məlumdur.

Rusiyanın Teleqram kanalları da Ryazan, Dzerjinsk, Nijni Novqorod, Tuapse və Soçi yaxınlığında partlayışlar barədə məlumat verib.

Dronlar Moskva vilayətinə də hücum edib. Mer Sergey Sobyanin Moskvaya gedən pilotsuz təyyarənin vurulması barədə məlumat verib.

Yerli telegram kanalları Belqorod və Bryansk vilayətlərində enerji obyektlərinə, Krımın Feodosiyadakı neft anbarına və partlayıcı maddələrin istehsal olunduğu Dzerjinskdəki “Sverdlov” zavoduna hücumlar barədə məlumat verib.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin251 Ukrayna pilotsuz təyyarəsini ələ keçirərək məhv etdiyini bildirib.

V. QULİYEV
Chosen
6
reyting.az

1Sources