EN

Emin Mahmudov üçün yubiley

Misli premyer-liqasının 7-ci turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb. Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana daxil olub. O, premyer-liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Qeyd edək ki, Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

Chosen
31
12
football-plus.az

10Sources