EN

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar AZADLIĞA BURAXILDILAR

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Elnur Həmidovun 9 il, Musa Əhmədovun 3 il 6 ay və Elçin Hüseynovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib. Dövlət ittihamçısı əlavə edib ki, zərərçəkənlərlə barışıq əldə olunması yüngülləşdirici hal hesab olunub.

Daha sonra vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərə şərti cəza verilməsini xahiş edib.

Təqsirləndirilən şəxslər son sözlərində məhkəmədən onlara yüngül cəza verməsini xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elnur Həmidova 4 il, Musa Əhmədova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə E.Həmidovun cəzası 1 il 6 ay, M.Əhmədovun cəzası isə 1 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Digər təqsirləndirilən Elçin Hüseynova isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Chosen
9
21
demokrat.az

10Sources