Bakıda fəhlə faciəli şəkildə ölüb.
Axar.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb.
İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.