Ajans.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb. İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.