EN

DSX mayoruna hücum edənlər azadlığaburaxıldılar

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Elnur Həmidovun 9 il, Musa Əhmdəovun 3 il 6 ay və Elçin Hüseynovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib. Dövlət ittihamçısı əlavə edib ki, zərərçəkənlərlə barışıq əldə olunması yüngülləşdirici hal hesab olunub.

Daha sonra vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərə şərti cəza verilməsini xahiş edib.

Təqsirləndirilən şəxslər son sözlərində məhkəmədən onlara yüngül cəza verməsini xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elnur Həmidova 4 il, Musa Əhmədova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə E.Həmidovun cəzası 1 il 6 ay, M.Əhmədovun cəzası isə 1 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Digər təqsirləndirilən Elçin Hüseynova isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 

Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
10
24
redaktor.az

10Sources