EN

Azərbaycanda turistlərin ən çox hansı bölgəyə səfər etdiyi məlum oldu

Turizm təkcə istirahət və əyləncə vasitəsi deyil, həm də ölkənin iqtisadi, mədəni və sosial inkişafına güclü təkan verən mühüm sahədir.

BAKU.WS-in məlumatına görə, Azərbaycan üçün isə bu sahənin əhəmiyyəti hər keçən il daha da artır. Çünki turizm həm yeni iş yerlərinin yaranmasına, həm regionların canlanmasına, həm də milli irsimizin dünyada tanıdılmasına şərait yaradır.

Gözəl təbiəti, zəngin mətbəxi, qədim tarixi və qonaqpərvər insanları ilə Azərbaycan son illərdə turistlərin sevimli istiqamətlərindən birinə çevrilib.

Maraqlıdır ki, hazırda ölkəyə gələn turistlərin ən çox seçdiyi bölgələr hansılardır?

Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində BAKU.WS-in müxbirinə bildirib ki, turistlərin ən çox ziyarət etdiyi bölgə Şimal-Qərb koridorunda yerləşən rayonlardır:

"Turizm koridorları baxımından baxsaq, Şimal-Qərb kalidoru Şamaxıdan başlayır və Zaqatalaya qədər davam edir. Birinci növbədə ən çox turistlərin ziyarət etdiyi məhz bu bölgədir.

İkinci istiqamət isə şimal regionudur. Növbəti yerlərdə Cənub, ardınca isə Qərb regionundakı ərazilər yerləşir.

Qeyd etmək lazımdır ki, bu gün Qərb regionunda da artıq nəqliyyat vasitələrinin sayı çoxalıb və dəmir yolu ilə də səfər etmək mümkündür. Hazırda əsas məqsədlərdən biri də budur ki, Qərb bölgəsinə gedəcək turistlərin sayı artırılsın. Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə paralel olaraq təbliğat-təşviqat aparılır və digər işlər görülür".

Orxan Hüseyn

Chosen
5
2
far.az

3Sources