EN

Bərdədə pendir sexindəki partlayışla bağlı cinayət işi başlanıb

Bakı.Trend:

Şəxsin iş yerində baş vermiş partayış nəticəsində ölməsi faktıilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-in sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuatxidmətindən məlumat verilib ki, oktyabrın 5-i saat 12 radələrindəBərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun işyerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyipendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayışnəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələrmüəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insanölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Chosen
18
38
az.trend.az

10Sources