EN

Ukrayna  140 milyard avronu necə istifadə edəcəyini açıqlayıb

Financial Times yazır ki, Ukraynanın maliyyə nazirinin müavini Aleksandr Kava bildirib ki, Kiev planlaşdırılan Avropa krediti üzrə qərarların yalnız müdafiə məqsədi üçün deyil, eyni zamanda sosial və dövlət büdcəsi ehtiyacları üçün də istifadə olunmasına imkan istəməlidir.

Ukrayna bu kreditin Rusiyanın mərkəzi bankına məxsus, Qərb sanksiyaları ilə dondurulmuş aktivlər hesabına maliyyələşdiriləcəyini bildirir.

Kava deyib ki, bu vəsait potensial olaraq büdcə kəsiri, pensiyalar, dövlət işçilərinin maaşları və azad edilmiş ərazilərin bərpası məqsədləri üçün istifadə oluna bilər: “Yalnız silah alınması üçün yox, sosial öhdəlikləri də qarşılamaq vacibdir.”

Lakin Avropada bu kreditin necə istifadə olunacağı mövzusunda fikir ayrılıqları mövcuddur. Almaniya kansleri Fridrix Merz bu vəsaitin silah alınması üçün istifadə olunmasını müdafiə edir.
Fransa da bu silahların Avropa istehsalı olması tələbini səsləndirib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə kreditin bir hissəsinin mütləq Avropa ilə alış-verişə sərf edilməli olduğunu bildirib.

Hazırda əsas çətinliklərdən biri də Belçikanın və bir sıra digər üzv ölkələrin kreditin həyata keçirilməsində hüquqi risklərə dair narahatlıqlarıdır. Belçika dondurulmuş aktivlərin istifadəsinə qarşı çıxaraq, kreditlə bağlı hüquqi məsuliyyətin bütün ölkələr arasında bölüşdürülməsini tələb edir.

Qeyd edilir ki, Ukraynanın qarşısında 2026-cı il üçün 23 milyard dollara yaxın maliyyə kəsiri dayanır və ölkə artıq Beynəlxalq Valyuta Fondundan əlavə proqram tələb edib.

Chosen
11
veteninfo.az

1Sources