EN

“Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı keçirilib

“Azərbaycan

Bakıda ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı baş tutub.

“APA-Economics” xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilirən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual istiqamətləri əhatə edir.

Kampaniya çərçivəsində tərəfdaşlar tərəfindən forumlar, panel müzakirələr, akademik araşdırmalar, düşərgələr, festivallar, sərgilər, idman və ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər əhali arasında dayanıqlı və inklüziv şəhərsalma həllərinin təşviqinə, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsinə xidmət edəcək.

BMT-nin Məskunlaşma Proqramı yerli qurumları, özəl sektoru, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarını, gəncləri, akademik çevrələri və media nümayəndələrini Kampaniyaya qoşulmağa, eləcə də hər kəs üçün təhlükəsiz və dayanıqlı şəhərlər məqsədinə töhfə verməyə dəvət edir.

Chosen
8
3
xalqcebhesi.az

4Sources