EN

ADA Universitetində Azərbaycan Şəhərsalma Kampaniyası təqdim olunub (ФОТО)

Bakı. Trend:

ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13)çərçivəsində “Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı baştutub.

Trend xəbər verir ki, BMT-ninMəskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası DövlətŞəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyatakeçirilirən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf vəiqlim dəyişikliyi ilə mübarizə kimi aktual istiqamətləri əhatəedir.

Kampaniya çərçivəsində tərəfdaşlar tərəfindən forumlar, panelmüzakirələr, akademik araşdırmalar, düşərgələr, festivallar,sərgilər, idman və ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Butəşəbbüslər əhali arasında dayanıqlı və inklüziv şəhərsalmahəllərinin təşviqinə, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqlarınmöhkəmləndirilməsinə xidmət edəcək.

BMT-nin Məskunlaşma Proqramı yerli qurumları, özəl sektoru,vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarını, gəncləri,akademik çevrələri və media nümayəndələrini Kampaniyaya qoşulmağa,eləcə də hər kəs üçün təhlükəsiz və dayanıqlı şəhərlər məqsədinətöhfə verməyə dəvət edir.

ADA
ADA
ADA
ADA
Chosen
4
3
az.trend.az

4Sources