EN

Bakının bu prospektində hərəkət yeni qayda ilə təşkil olunacaq

Bakı.Trend:

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklikedilir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindənMərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsininartırılması məqsədilə müvafiq təhlillər aparılıb.

"Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələriMərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlifsəviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinəyönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı cidditəhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətiribçıxarır", - məlumatda bildirilib.

Qeyd edilib ki, problemin aradan qaldırılması məqsədilə Mərdəkanprospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraqhərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi iləbirləşmədəki yol qovşağına yönləndirilir.

Məqalədə:
Chosen
13
31
az.trend.az

10Sources