EN

Lekler Bakıdakı çıxışından narazıdır

"Ferrari" komandasının pilotu Şarl Lekler son iki yarışda - Azərbaycan və Sinqapur Qran-prilərində gözlədiyi nəticəni göstərə bilmədiyini bildirib...

Poliqon xəbər verir ki, 27 yaşlı pilot bu barədə "Racingnews365" nəşrinə danışıb.

"Adətən Bakı və Sinqapurda yaxşı performans sərgiləyirəm. Hər iki tras mənim sevimlilərimdəndir və burada komanda olaraq da güclü çıxış edirik. Amma son iki yarışda tempim istədiyim səviyyədə olmadı", - deyə Lekler vurğulayıb.

 
Qeyd edək ki, Şarl Lekler Bakı Qran-prisində 10-cu yerdən start götürüb və yarışı doqquzuncu pillədə tamamlayıb.

Poliqon.info

Chosen
16
1
poliqon.info

2Sources