EN

AmCham Azərbaycan fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərinin gözlənilən qüvvədən düşməsi ilə bağlı “Mövqe Sənədi” hazırlayıb

Bakı. Trend:

2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiqedilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı gözlənilənqərara dair qabaqcıl biznes nümayəndələrinin baxışları və biznesinümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla AmCham Azərbaycantərəfindən “Mövqe Sənədi” hazırlanmışdır.

Sənəddə məsələnin aktuallığı, biznes mühitinə və əmək bazarınamümkün təsirləri geniş şəkildə təhlil edilmiş, nəticədə gəlirvergisi və məcburi dövlət sosial sığorta haqları üzrə qüvvədə olanmüvəqqəti güzəştlərin mərhələli şəkildə ləğv edilməsi təklifedilmişdir. Belə ki, bu yanaşma keçid dövründə işçi gəlirlərinəmənfi təsirlərin minimuma endirilməsi və iqtisadi sabitliyinqorunmasına imkan verərdi.

Eyni zamanda, “Mövqe Sənədi”ndə işçilərin xalis gəlirlərininqorunmasını təmin etmək məqsədilə işəgötürənlər üçünstimullaşdırıcı mexanizmlərin tətbiqi, eləcə də uzunmüddətliperspektivdə görülməli olan tədbirlərə dair təkliflər də öz əksinitapmışdır.

AmCham Azərbaycan inanır ki, “Mövqe Sənədi”ndə irəli sürülmüş butəkliflərin reallaşdırılması sözügedən istiqamətdə vergi sistemindətədrici və balanslaşdırılmış keçidi təmin etməklə yanaşı,qeyri-neft sektorunda məşğulluğun və rəqabətliliyin qorunmasınatöhfə verəcəkdir.

“Mövqe Sənədi” ilə daha yaxından tanış olmaq üçün aşağıdakıkeçiddən istifadə edə bilərsiniz:

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyasıkimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmişfəaliyyətini aktiv şəkildə davam etdirir.

Chosen
30
4
az.trend.az

5Sources