EN

Kansler Rusiyanı ittiham edir

Kansler

Almaniya kansleri Fridrix Merz Rusiyanı Almaniya hava limanları üzərində pilotsuz təyyarələrin görünməsində iştirakda ittiham edib.

Reyting.az
xəbər verir ki, Merz bu həftə sonu Almaniya üzərində müşahidə edilən bir çox pilotsuz təyyarələrin, o cümlədən Münhen hava limanında onlarla uçuşu dayandıran və 10 mindən çox sərnişini gecikdirən pilotsuz təyyarələrin arxasında Rusiyanın dayandığına inanır.

“Biz güman edirik ki, dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayanır”,- Merz bəyan edib.

Kansler əlavə edib ki, Avropanın hava məkanına müdaxilə tezliyi hətta “Soyuq Müharibə” ilə müqayisədə görünməmiş səviyyədədir.

Merz qeyd edib ki, indiyə qədər aşkarlanan dronların heç biri silahlı olmayıb, hamısı kəşfiyyat uçuşları həyata keçirib.

Xatırladaq ki, oktyabrın 3-də Münhen hava limanı dron təhlükəsi səbəbindən bağlanıb. 17 yeddi reys ləğv edilib, gələn 15 reys isə Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.

Müdafiə naziri Boris Pistorius Almaniya hava məkanında aşkarlanan naməlum pilotsuz təyyarələrin hələlik heç bir xüsusi təhlükə yaratmadığını bildirib. Pistoriusəlavə edib ki, Bundesver bütün ölkə ərazisində bu dronların vurulmasına görə tam məsuliyyəti öz üzərinə götürə bilməz.

ELÇİN
Chosen
23
1
reyting.az

2Sources