EN

Qusarda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirilib (FOTO)

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə"Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi"məqsədi ilə görüş keçirilib.

Trendxəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki AzərƏfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantıEldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin, müəllim vəvalideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlərorqanlarında xidmət etmək həvəsində olan məktəblilərə PolisAkademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxiliişlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətinşərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətləraparıb.

Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasınaqəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial bazahaqqında geniş məlumatlar verib.

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcədə Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindənbəhs edən video çarx nümayiş etdirilib.

Qusarda
Qusarda
Chosen
8
5
az.trend.az

6Sources