Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Aktual.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82 piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.