EN

Taliban Baqram hava bazasına nəzarəti ABŞ-yə ötürmək üçün müqavilə imzalayıb

Vətəninfo.az xəbər verir ki, Əfqanıstan prezidentinin keçmiş sözçüsü Nəcib Azad sosial şəbəkədə paylaşdığı videomüraciətdə bildirib ki, Taliban Baqram hava bazasına nəzarəti Amerikaya ötürmək üçün müqavilə imzalayıb.

Onun sözlərinə görə, ABŞ-nin Yeddinci Xüsusi Təyinatlı Qrupu artıq Pərvan əyalətindəki Baqram bazasına göndərilib.

Azad iddia edib ki, sözügedən hərbi bölmələr Eqlin aviabazasından yola düşüb və yaxın saatlarda Baqrama çatması gözlənilir.

Məsələ ilə bağlı nə Taliban, nə də ABŞ rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

Chosen
14
veteninfo.az

1Sources