EN

"Putin ad günündə iş başında olacaq" - Peskov

Rusiya prezidenti Vladimir Putin ad günündə, oktyabrın 7-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iş gündəmini müzakirə etmək üçün görüş keçirəcək.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Sabah günortadan sonra prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş təyin edib", - o qeyd edib.

Xatırladaq ki, Putin sabah 73 yaşını qeyd edəcək. Peskov bundan əvvəl bildirmişdi ki, Rusiys lideri adətən ad günündə ailəsi ilə vaxt keçirməyə çalışır./Unikal

Chosen
22
14
musavat.com

10Sources