EN

Macarıstanın Baş naziri də Qəbələdə səfərdədir

Yazını böyüt
Yazını kiçilt

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

hafta.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Chosen
12
38
hafta.az

10Sources