
Hazırda minlərlə kubalı Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir.
Reyting.az "Reuters" agentliyinə istinadla bildirir ki, ABŞ əlindəki sənədlərə istinadla belə bir iddia ilə çıxış edir.
Xatırladaq ki, Dövlət Departamenti hələ 2 oktyabr tarixli daxili teleqramında bildirmişdi ki, Kuba Şimali Koreyadan sonra Rusiyaya ən çox döyüşçü göndərən ölkədir. Daha sonra qeyd olunub ki, onlarda olan məlumata görə, Ukraynada təxminən 5 minə yaxın kubalı döyüşür.
ABŞ rəsmiləri "Reuters"-ə məsələyə dair əlavə məlumat verməkdən imtina ediblər. Amerikalı rəsmilər Kuba vətəndaşlarının öz ölkəsi tərəfindən "Rusiya-Ukrayna müharibəsində alətə çevrilməkdən qoruna bilmədiklərini" deyiblər.
Onu da qeyd edək ki, ukraynalı rəsmilər də son həftələrdə ABŞ Konqresini Rusiyanın kubalıları döyüşə cəlb etməsi barədə xəbərdar ediblər.
Oqtay QORÇU