Əgər kişi məclisi də olsa, mənim ifalarımı sevib dəvət edirlərsə niyə də getməyim? Pul hardadır, ora da gedirəm. Bu ayıb deyil".
Ucnoqta.az AZXEBER.COM-a istinadla xəbər verir ki, bunu müğənni Mənzurə Musayevə "Tarixin bir günü" verilişində qonaq olan zaman deyib.
Sənətçi, bir həmkarının toyda oxumaqdan imtina etdiyi üçün qovulduğunu iddia edib:
"Bir gün Qubada toyda qonaq idim. Kişi toyu ayrı, qadın toyu ayrı idi, amma eyni məkanda idi. Məndən xahiş etdiər ki, keçib kişi məclisində də oxuyarsız? Dedim əlbəttə, bu mənim işimdır. Getdim ifalarımı elədim, yaxşı da pul verdilər. Orada olan 200 kişinin hər biri demək olar ki, mənə pul verdi. Adını çəkmək istəmədiyim, çox məşhur bir həmkarım da mənimlə toyda idi. Ona dedilər ki, sən də oxu. O dedi mən kişi məclisində oxumuram. Və ev yiyəsi onu məclisindən qovdu. Dedi oxumursan, niyə gəlmisən, çıx get! O da getdi. Daha sonra sosial şəbəkədə videolar yayımladı ki, mənim pulumu verməyiblər.
Demək istədiyim budur ki, bu bizim işimizdir. Əgər insan özündən arxayındırsa, niyə də oxumasın? Lap beş nəfər olsun, mənim ifalarımı sevib dəvət edirlərsə niyədə getməyim? Pul hardadır, ora da gedirəm. Bu ayıb deyil".