EN

"Turan Tovuz" panamalı müdafiəçi ilə müqavilə yenilədi

"Turan Tovuz" müdafiəçi Roderik Miller ilə 1+1 illik yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

2022/2023-cü illər mövsümünün qış transfer dövründə “Turan Tovuz”a keçən futbolçu bu müddət ərzində komandanın heyətində 58 oyun keçirib və 10 qol vurub.

Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.

Chosen
59
operativmedia.az

1Sources