EN

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

2025-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları kimlərdir?

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub.

Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.

Onlar bu mükafata periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, Meri E. Brunkou 1961-ci ildə ABŞ-da doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-lı immunoloqdur. Şimon Sakaquçi Yaponiya immunoloqu və Osaka Universitetinin professorudur.

 

Chosen
22
16
herbiand.az

10Sources