EN

İspaniyanın məşhur klubu Azərbaycanı yenidən gündəmə gətirdi - VİDEO

“Atletiko“klubun tarixində mühüm rol oynamış tərəfdaşlarla yada salıb.

Madrid təmsilçisi bununla bağlı paylaşım edib.

Burada “Land of fire Azerbaijan“ brendi də yer alıb.

“Land of fire Azerbaijan“ yazılı loqodan istifadə üçün 2013-cü ildə 12 milyon avroluq müqavilə imzalanıb. Anlaşmaya əsasən, “Atletiko“ 2 mövsüm bu loqonu formanın ön hissəsinə yazıb.

2014-cü ildə isə eyni şüar “Seffild Unesdey” (İngiltərə) və “Lans”ın (Fransa) geyimində də peyda olub. Bu, azərbaycanlı biznesmen Hafiz Məmmədovun o klubları almasından sonra baş tutub.

Lakin... Tərəfdaşlıq uzun sürmədi.

H.Məmmədovun iş dünyasında üzləşdiyi problemlər “Land of fire Azerbaijan“ brendinin Avropa arenasından geri çəkilməsiylə nəticələndi.

Madrid klubu ölkəmizlə əməkdaşlıq etdiyi ilk ildəcə “Barselona” və “Real”ın hegemonluğuna son qoyaraq, La Liqada çempion oldu, eləcə də Çempionlar Liqasında finala yüksəldi.

“Bakı” ilə “Atletiko” arasında əməkdaşlıq müqaviləsi başa çatsa da, tərəflər arasında münasibət kəsilməyib.

Təsadüfi deyil ki, “Atletiko” 2017-ci ildəÇempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün paytaxtımıza səfəri zaman prezident Enrike Serezo ilə Hafiz Məmmədov arasında görüş keçirilib.

Həmin görüş zamanı Serezo “Hafiz Məmmədov mənim dostumdur. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko” çox irəli getdi.

Bu işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nəvaxtsa Azərbaycanla, Hafiz bəylə yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq” fikirlərini səsləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
48
sportinfo.az

1Sources