
Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.
Məlumata görə, buna səbəb şpaqa növündə mübarizə aparan ölkə təmsilçiləri Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.
İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.
Digər qılıncoynadan Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.