EN

71 yaşlı Sezen Aksu uzun fasilədən sonra belə görüntüləndi - FOTOLAR

Türk musiqisinin əfsanəvi siması Sezen Aksu uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.

Yenisabah.az xəbər verir ki, sənətçi dostları ilə birlikdə Kanlıca və Çubuklu sahili boyunca gəzintiyə çıxarkən obyektivlərə tuş gəlib.

Gəzinti zamanı pərəstişkarları ilə qarşılaşan 71 yaşlı Aksu onlarla səmimi şəkildə ünsiyyət qurub, foto çəkdirmək istəyənləri geri çevirməyib. Uzun müddətdir səhnədən uzaq qalan və mediada görünməyən sənətçinin bu görüntüləri sevənləri üçün xoş sürpriz olub. Marqarita pizza

Xatırladaq ki, Sezen Aksu 3 illik fasilədən sonra 2025-ci il iyunun 27-də “Paşa Gönül Şarkıları” adlı albomunu təqdim etmişdi. Albom qısa zamanda böyük maraqla qarşılanmış, xüsusilə Aksunun mərhum Ferdi Tayfurun xatirəsinə ifa etdiyi “Bana Sor” mahnısı diqqət çəkmişdi.


Telegram kanalımız
Chosen
44
yenisabah.az

1Sources