EN

Gömrük xətti ilə büdcə daxilolmaları 180 mln. manatdan çox azalıb

2025-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 748 milyon milyon manat təşkil edib.

 Maliyyə Nazirliyi xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.60% az icra edilib.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% və ya 183.2 milyon manat azalıb.

    Xatırladaq ki, cari ilin sonuna DGK xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılır.

    Chosen
    23
    3
    banco.az

    4Sources