İndoneziyanın sahillərində Yava dənizinə böyük meteorit düşüb ki, bundan sonra işartı və güclü partlayış baş verib.
Bu barədə "Jakarta Globe" qəzeti İndoneziyanın Milli Tədqiqat və İnnovasiyalar Agentliyinə (BRIN) istinadən məlumat yayıb.
Qeyd olunur ki, obyekt oktyabrın 5-də yerli vaxtla saat 18:35 və 18:39 (Bakı vaxtı ilə 15:35 və 15:39 - red.) arasında Kuninqan və Çirebon şəhərləri üzərindən uçaraq Yava dənizinə düşüb ki, bu da şahidlərin ifadələri və video müşahidə kameraları ilə təsdiqlənir.
"TÉ™sdiq edirÉ™m ki, bu, kifayÉ™t qÉ™dÉ™r böyük meteorit idi… SakinlÉ™rin gördüyü işıq vÉ™ partlayış heç bir tÉ™hlükÉ™ yaratmır", - BRIN-in astronomu bildirib.
Yerli meteoroloji agentlik vurğulayıb ki, meteorit düşdükdən sonra mütəxəssislər güclü təkanlar qeydə alıblar.