EN

500 dollara aldığı anbardan 60 min dollarlıq avtomobil çıxıb - Foto

500

ABŞ-nın Konnektikut ştatında bir kişi tərk edilmiş anbarı 500 dollara alıb. Lakin anbara daxil olarkən çox təəccüblənib.

Reyting.az
xəbər verir ki, ABŞ-da belə hərraclar mütəmadi olaraq keçirilir və insanlar müxtəlif tərk edilmiş anbarları alırlar.

Əsas xüsusiyyət ondan ibarətdir ki, məzmun hərrac bitənə qədər məxfi saxlanılır.



“Blacksvq” ləqəbli istifadəçi 500 dollara aldığı tərk edilmiş anbarın içini göstərən video yayımlayıb. Anbarda Amerikanın “Dodge Challenger Hellcat” idman avtomobili olub. 2015-ci ildə, bu avtomobil ilk dəfə istehsala ediləndə onun qiyməti təxminən 60,990 dollar olub.

İdman avtomobili qalın toz qatına bürünsə də, əla vəziyyətdədir. Üstəlik, hətta ilk cəhddə mühərriki işə salmaq mümkün olub.

V. QULİYEV
Chosen
7
1
reyting.az

2Sources