EN

Hikmət Quliyev: Rəqəmsal dövrdə mənəvi dəyərlərin qorunması milli təhlükəsizliyin əsas şərtidir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir Qarabağ və Qərbi Azərbaycanın folkloru ilə bağlı zəngin irsin qorunması, gələcək nəsillərə çatdırılması baxımından mühüm platformadır. Sərgidə folklorşünaslıq, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə təqdim olunan əsərlər rəqəmsal uçurumun aradan qaldırılmasına və milli təhlükələrə qarşı mənəvi müqavimətin gücləndirilməsinə xidmət edir. Bu gün cəmiyyətimiz yalnız real sosial-mənəvi mühitdə deyil, həm də virtual sosial-mənəvi mühitdə yaşayır. Bu baxımdan rəqəmsal aləmdə xalqların öz mənəvi dəyərlərini, ədəbiyyatını, tarixini, folklor ənənələrini qoruyub saxlaması zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev XI Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində AMEA-nın təşkil etdiyi “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı bildirib.

Direktor qeyd edib ki, tədbir AMEA tərəfindən nəşr olunmuş yeni kitabların təqdimatı ilə yanaşı, oxu və kitab mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Sərgidə XX əsrin 80–90-cı illərində AMEA-nın folklorşünas alimlərinin Zəngəzurda folklor ekspedisiyaları zamanı topladıqları dəyərli nümunələrə həsr olunan nəşrlər də ziyarətçilərə təqdim olunur.

Son illərdə AMEA-da istər fərdi müəlliflərin əsərlərinin, istərsə də çoxcildli kitabların nəşri istiqamətində ciddi irəliləyişin müşahidə olunduğunu söyləyən Hikmət Quliyev bildirib: “Bu dinamika AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Bu gün sərgidə biz həmin fəaliyyətin nəticəsi olan ilkin tədqiqatlarla tanış oluruq”.

O, tədbirdə aparılan müzakirələrin, səslənən fikirlərin Zəngəzurla bağlı yeni tədqiqatlara istiqamət verəcəyinə və gələcək araşdırmaların daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
2
azertag.az

3Sources