EN

Həmin tarixi bina da söküləcək?

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb. 

Axşam.az xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, artıq bununla bağlı yaşayış yerinin üzərində müvafiq işarələrin də qoyulduğu deyilir. 

Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmayıb:

“Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.

Komitədən əlavə edilib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
7
axsam.az

8Sources