EN

Serebral iflicin stasionar müalicəsi üçün sığorta hesabına tibbi xidmət göstərilən şəxslərin sayı açıqlandı

Bakı. Trend:

Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığortahesabına 34 mindən çox tibbi xidmət göstərilib.

Trend xəbərverir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, serebral iflic (uşaq serebral iflici) döldə və yayenidoğulmuşda beynin inkişaf anomaliyaları və yaproqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət vəduruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir.Adətən uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə –intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması iləmüşayiət olunur.

Serebral iflicin diaqnozu əsasən kliniki əlamətlər və nevrolojimüayinə əsasında qoyulur. Məsələn, nevroloji müayinə zamanı hərəkətvə koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələgərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçməküçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya(EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyalarıaşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadəolunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi dəseçilə bilər.

Serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarəetmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradanqaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır.Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarındanistifadə olunur. Konservativ müalicə üsulları kimi əsasənfizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilətonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasınıyaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionarterapevtik müalicəyə üz tutulur.

Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicinstasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.

Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya(vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülməvə transplantasiyası, artrodez və osteotomiyaları misal göstərməkolar.

Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq,fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah,ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işinəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir.Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematikşəkildə aparılmalıdır.

Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanınXidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta iləsözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasındaTƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və SəhiyyəNazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində,göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlətorqanlarının tabeliyində olan tibb müəssisələrində) icraolunur.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkəndiaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüməhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuşzamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar olabilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir:ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürəkqüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinxəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbuluvə zərərli iş şəraitində işləmək, alkoqolizm, stress, hamiləlikzamanı travma, uşaqlıq qanaxması, plasentar qan dövranınınanomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq(ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş,çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş,yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları,baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranmasəbəblərindəndir.

Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkətetdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdəgecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz vəmüdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciətetməlidirlər.

Chosen
4
10
az.trend.az

10Sources