EN

Uşaqların payını yeyir, işçiləri evində işlədir” - Şəhid atasından bağça müdirinə ittihamlar

Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaranıb

E.Muradov “Yeni Sabah”a açıqlamasında deyib ki, həyat yoldaşı Fatma Muradovanın sözügedən bağçaya işə qəbul olunması üçün müraciət edib.

Onun sözlərinə görə, aldığı cavab nəinki mənfi olub, hətta bağça müdirəsi tərəfindən çox kobud qarşılanıb: “Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, döyüşlərdə yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Ulacalı kənd uşaq bağçası bir yerdə döyüşdüyümüz şəhid Cavid Əhədovun adını daşıyır.

Həyat yoldaşım dərdli adamdır, bütün günü evdə olur, özünə qapanır, fikir çəkir. Evdən çıxmasını, kollektiv içinə getməsini, başının qarışmasını istəyirəm. Sevil Mikayılova isə nəyinki çəhid anasını işə qəbul etmədi, bizə kobud cavab verdi. Deyir ki, mən nə şəhid, nə də onun ailəsini tanımıram. İstəyirsə, gecə gəlib işləsin, səhərə qədər...”.

Şəhid atası bildirib ki, eşitdikləri qarşısında mat-məəttəl qalıb və nə deyəcəyini bilməyib: “Şəhid anası, yaşlı, dərdli bir qadının işə düzəlməsi ilə bağlı müraciətimizə bu cür cavab almağımız kənd camaatı tərəfdən də birmənalı qarşılanmayıb. Sevinc Mikayolova hər yerdə deyir ki, qazi anasıyam, oğlumun 9 medalı var. Əgər qazi anasıdrısa, niyə şəhid anasını anlamır, üstəlik ağır cavab verir”.

O, bağça müdiri ilə bağlı bir sıra ciddi iddialar da səsləndirib. Şəhid atasının sözlərinə görə, Sevinc Mikayılova bağça işçilərinin maaşlarını kəsir, uşaqlara ayrılan ərzaq paylarını mənimsəyir, bəzi işçiləri isə öz evində xidmətçi kimi işləməyə məcbur edir.

E.Muradov qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və Mil-Muğan Regional Təhsil İdarəsinə rəsmi şəkildə müraciət edib:

“Sevinc Mikayılovanın əməllərinə qiymət verilməlidir. O, bizdən üzr istəməlidir. Amma Mil-Muğan Regional Təhsil İdarəsi bağça müdiri ilə bağlı heç bir tədbir görmür”.

“Yeni Sabah” bağça müdiri Sevinc Mikayılova ilə dəfələrlə əlaqə saxlamağa çalıb. Amma o, zənglərə cavab verməyib.

Qeyd edək ki, Etibar Muradovun oğlu Əzizbəy Muradov Azərbaycan Ordusunun 2023-cü il sentyabr ayının 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatlarında şəhid olub.

Chosen
18
6
hurriyyet.az

7Sources