ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan milli komandasının sabiq forvardı Leandro Qomeş Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızdakı baş məşqçi dəyişikliyi bağlı danışıb. Bununla yanaşı, Qomeş millimizin DÇ-2026-nın seçmə mərhələsindəki növbəti görüşlərindən bəhs edib:
"Ayxan Abbasovun yeni baş məşqçi təyinatını gördüm. Təbii ki, yerli mütəxəssisin milliyə baş məşqçi təyinatı sevindiricidir. Buna görə həm onu, həm AFFA-nı, həm də azarkeşləri təbrik edirəm. Hər halda, pozitiv məqamdır. Çünki Ayxan Abbasov yerli mütəxəssis kimi bütün futbolçuları hamıdan daha yaxşı tanıyır, daha yaxşı anlayır. Oyunlar zamanı futbolçular da daha çox inamlı olurlar.
Azərbaycan millisi Ukrayna ilə görüşdə çox inamlı və mübariz idi. Qarşıda Fransa, İslandiya və Ukrayna görüşləri yenə var. Hər halda, hamısı ağır görüşlərdir. Fransaya qarşı ikiqat ağır olacaq. Amma inanmaq lazımdır. Mən Ayxan Abbasovun rəhbərliyi altında millimizin uğurlu çıxış edəcəyinə inanıram. Təbii ki, işləmək üçün daha çox zaman olarsa, dəstək göstərilərsə, Ayxan Abbasovun da millidə yaxşı nəticələr verməsi mütləq ki, ola bilər. Hər halda, gözləyək. Mən bu təyinata ümidlə yanaşıram və Azərbaycan millisinin gələcəyinə inanıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.