EN

Ermənistanda maraqlı qərar: Keçmiş nazir məsuliyyətdən azad edildi

Ermənistanın Korrupsiyaya qarşı Apellyasiya Məhkəməsi ölkənin keçmiş ədliyyə naziri Hrayr Tovmasyan barəsində İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Musavat.com xəbər verir ki, məhkəmə onu yerli Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət – vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətində təqsirli bilib.

Prokurorluğun məlumatına görə, ittiham edilən əməllər Tovmasyanın Ermənistanın ədliyyə naziri vəzifəsində çalışdığı dövrə aiddir.

Xatırladaq ki, İrəvan Şəhər Məhkəməsi 2024-cü il 20 sentyabr tarixli hökmü ilə Hrayr Tovmasyanı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi (iki epizod) üzrə təqsirli bilmiş, lakin cinayət məsuliyyətindən 2019-cu ildə müddətin bitməsi (davametmə müddəti) səbəbilə azad etmişdi.

Daha sonra prokuror hökmə qarşı apellyasiya şikayəti verib, ittihamın tövsifinin dəyişdirilməsi və müddətin tətbiqi ilə bağlı qərarın yenidən baxılmasını tələb edib. Eyni zamanda müdafiə tərəfi də apellyasiya verərək Tovmasyanın təqsirsiz elan edilməsini istəyib.

Apellyasiya instansiyası hər iki tərəfin müraciətlərini təmin etməyərək ilkin instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Musavat.com

Chosen
5
musavat.com

1Sources