"Turan Tovuz" Roderik Millerlə müqavilə müddətini artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Panamalı ilə 1+1 illik yeni müqavilə imzalanıb.
2022/2023 mövsümündən "Turan Tovuz"da oynayan Miller artıq 58 matça çıxıb, 10 qol vurub.
Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.
Bizim.Media