EN

Rəşad Eyyubov: “Oyunçularıma inanıram”

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə keçiriləcək oyunla əlaqədar Karvina şəhərinə yollanıb.

Apasport.az xəbər verir ki, U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov qarşıdakı rəsmi oyunlarla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.

Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.

“Şamaxı” üçün yubiley matçı - 700-ə çatdı

Azərbaycan Kuboku: Mövsümün ilk təyinatları açıqlanıb

Faiq Hacıyev: "Turan Tovuz" kollektivinin mənim uğurumda böyük payı var"

APA “Baku WS”i belə məğlub etdi - VİDEO

Kaxaber Tsxadadze: “Bəzi futbolçuları U-19 komandasına göndərəcəm”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
6
apasport.az

10Sources