EN

Azərbaycanda qızılın qiyməti rekord vəviyyədə - Yerli bazarda nə baş verir?

Xəbər verdiyimiz kimi, dünya bazarlarında qızıl bahalaşmaqda davam edir.

Milli.Az xəbər verir ki, oktyabrın 6-da "Comex" birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz artaraq bir unsiya üçün 3949 dolları ötüb. Bu, qızılın indiyədək müşahidə edilən ən yüksək qiyməti hesab olunur. 

Bəs bu yerli bazara necə təsir edir? 

Yerli bazarda da bahalaşmanın təsiri hiss olunur, bu isə alıcıların sayında azalma ilə nəticələnib.

Mediada Mərkəzi Univermaqda 21 sahibkarın fəaliyyətini dayandırdığı barədə məlumatlar yayılıb.

Univermaq rəhbərliyi Rəhman Məmmədov bu xəbərləri qəti şəkildə təkzib edib.

O bildirib ki, yayılan məlumatlar tamamilə yalandır və bu il ərzində heç bir sahibkar fəaliyyətini dayandırmayıb, xəbər yayımlayan saytlara təkzib göndəriləcək.

Qeyd edək ki, dünya bazarında qızılın qiyməti 4000 dollara yaxınlaşır. Ölkədə isə 999,9 əyar qızılın 1 qramı təxminən 205 manat, 750 əyar qızıl 153 manat, 585 əyar qızıl isə 120 manat civarında satılır.

Aysel Əkbər
Milli.Az

Chosen
12
4
milli.az

5Sources