EN

STAR neft emalı zavodunda aviasiya yanacağının istehsalı artıb

Bakı. Trend:

SOCAR-ın Türkiyədə idarə etdiyi "STAR" neft emalı zavodunda2025-ci ilin iyul ayında aviasiya yanacağının istehsalı 165 654tona çatıb ki, bu da ötən ilin eyni ayında istehsal olunmuş 132 312tonla müqayisədə 25,2 faiz çoxdur.

Trend xəbər verirki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsiməlumat yayıb.

2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edibki, bu 2024-cü ildəki 686 462 ton göstərici ilə müqayisədə 39,3faiz çoxdur.

İstehsal həcminə, həmçinin 556 181 ton dizel yanacağı, 26 617ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 tonneft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neftməhsulları daxildir.

2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan "STAR" zavoduneft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir vəTürkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiyalayihəsi hesab olunur.

2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavoduneft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir vəTürkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiyalayihəsi hesab olunur.

2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neftemalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı,nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neftməhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim”neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tamşəkildə təmin edir.

Məqalədə:
Chosen
7
1
az.trend.az

2Sources