EN

Kolumbiyalı voleybolçu Azərbaycan klubuna keçib

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kolumbiyalı voleybolçu Melissa Rangel karyerasını Azərbaycanda davam etdirəcək. "Gəncə" klubundan verilən məlumata görə, oyunçu ilə müqavilə imzalanıb.

O, son mövsümü ölkəsində "Beyond" klubunda keçirib. Melissa Rangel karyerası ərzində Peru, Portuqaliya, Braziliya və İspaniyada legioner həyatı yaşayıb.

Voleybolçu Peru çempionatının və Portuqaliya Superkubokunun qalibi olub. Həmçinin Kolumbiya millisinin heyətində Pan-Amerika Oyunlarının qızıl və Pan-Amerika Kubokunun gümüş medalını qazanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
sport24.az

2Sources