Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Akkuyu”dan başqa AES layihələrimiz də var. Bunlarla bağlı danışıqlar davam edir. Çin və ABŞ-a səfərlərimiz zamanı bu məsələni də müzakirə etdik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
“ABŞ-la imzaladığımız saziş isə dinc nüvə enerjisi sahəsində əməkdaşlığa əsaslanır. Nüvə enerjisindən təkcə elektrik enerjisi istehsalı üçün deyil, eyni zamanda tibb, kənd təsərrüfatı, tədqiqat kimi müxtəlif sahələrdə istifadə edəcəyik. Biz hökumət olaraq heç bir sahəni diqqətdən kənarda qoymadan yaxın 20-30 il ərzində enerji təhlükəsizliyimizi gücləndirməyə çalışırıq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, “Akkuyu” AES Rusiyanın “Rosatom” şirkəti tərəfindən inşa edilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.