İndiyədək Təhsil Tələbə Krediti Fonduna 2 951 754 manat qaytarılıb.Bu barədə “Azərbaycan müəllimi”nə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov məlumat verib.Onun sözlərinə görə, 2022-ci ildə 67 mindən, 2023-cü ildə 442 mindən, 2024-cü ildə 1 milyon 171 min manatdan çox vəsait geri qayıdıb.Bu ilin ilk 8 ayında 1 milyon 270 mindən çox vəsait geri ödənilib.B.Əzimov geri ödəniləcək məbləğin bu ilin sonuna qədər 3,5 milyon manata çatacağını deyib.