İran Rusiyadan 48 ədəd Su-35 qırıcı təyyarəsi almağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Newsweek” nəşri Rusiyanın “Rostec” şirkətindən sızdırılan məlumatı yayıb.
Bildirilib ki, qırıcılar ilk mərhələdə 2026, sonra isə 2028-ci ildə İrana göndəriləcək.
Nəşr İran və Rusiya xarici işlər nazirliklərinə sorğu göndərsə də, hələlik cavab verilməyib.
Qeyd edək ki, “Black Mirror” haker qrupu “Rostec” şirkətinə məxsus ixracat və digər məsələlərinə dair 300-dən çox sənədi ifşa edib.