EN

Villa dəyərində ev almışam, qaraja 45 min istəyirlər Xatun şikayətçidir

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Xatun Əliyeva yeni ev aldığı yaşayış kompleksindən şikayətçidir. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günə bax" proqramında danışıb. O, aparıcı İlqar Mikayıloğnunun vəkil xanımı Zülfiyyə Bayramovadan yardım istəyib.

Xatun bildirib ki, avtomobilini saxlamaq üçün ondan 45 min manat istəyirlər:

"Əziyyətlə pul qazanıb, yaxşı yaşayış komöleksindən ev alırıq. Fikir veririk ki, şəhərin yaxşı yerində olsun. Qarajlar var, heç birini kirayə vermirlər və baha qiymətə satırlar. Niyə 40-45 minə qaraj alım? Bir ev alaram o pula. Həyət var, amma ora da özlərinə lazım olan adamı buraxırlar. Heç kimi həyətə buraxmasalar, qəbul edərəm. Amma bəzilərinin hündürdabanda gəzə bilməyən adamlarını buraxırlar. Mənim sürücümü də incidiblər. İndi qış gəlir, efirə gedirəm, külək əsir, yağış yağır. Qarajdan rahat gedib gələrəm də... Ən böyük arzum idi ki, həmin ərazidə və binada evim olsun. Xətai ərazisində bir villa qiymətinə ev almışam. Amma indi belə edirlər. Tək mən yox, qonşular da oradan şikayətçidir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
axsam.az

1Sources