EN

Ukrayna ordusunun təlim mərkəzləri raket təhlükəsinə görə ölkənin dərinliklərinə köçürülür - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski təlim mərkəzlərinin təhlükəsizliyinin artırılması məqsədilə onların cəbhə xəttindən uzaq bölgələrə köçürüldüyünü açıqlayıb.
"PUA və raket hücumu təhlükəsini nəzərə alaraq, təlim mərkəzlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam edir. Onlar getdikcə cəbhə xəttindən daha uzaq, ölkənin dərinliklərinə yerləşdirilir," - Sırski Telegram kanalında yazıb.
Qeyd edək ki, sentyabrın 3-də Ukrayna Quru Qoşunları Komandanlığı Çerniqov vilayətində yerləşən təlim mərkəzinin köçürülməsi barədə məlumat yaymışdı. Bu addım Rusiya Silahlı Qüvvələrinin sentyabrın 24-də Qonçarovsk qəsəbəsindəki poliqona zərbə endirməsindən sonra atılıb. Həmin hücum nəticəsində bir sıra ukraynalı hərbçilərin həlak olduğu bildirilmiş, Rusiya tərəfi isə itkilərin təxminən 300 nəfər olduğunu açıqlamışdı.
Yay aylarından bəri Ukraynanın bir neçə təlim mərkəzi Rusiya zərbələrinin hədəfinə çevrilib. İyunun 1-də Dnepropetrovsk vilayətindəki təlim mərkəzinə zərbə nəticəsində 12 hərbçi həlak olub, 60-dan çoxu yaralanıb. İyunun 4-də Poltava vilayətində, iyunun 22-də isə digər təlim poliqonunda oxşar hücumlar qeydə alınıb. Avqustun 12-də daha bir təlim bölməsinə hücum zamanı azı 1 hərbçi həlak olub, 11 nəfər yaralanıb.
Xatırladaq ki, Aleksandr Sırski iyulun sonunda təlimlərin bir hissəsinin yeraltı şəraitdə keçirilməsini tapşırmışdı. Sentyabrın əvvəlində isə o, bəzi təlim mərkəzlərinin artıq tam şəkildə yeraltına köçürüldüyünü bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources